U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatınlarında yarımfinal mərhələsinin oyunları keçirilir.

Newsport.az xəbər verir ki, U-14 Liqasında baş tutan cavab görüşlərindən biri maraqlı məqamla yadda qalıb. "Binə" və "Qəbələ" komandalarının qarşılaşmasını 800-ə yaxın tamaşaçı və fan-klub üzvləri izləyiblər. 

Binə qəsəbə stadionunda keçirilən görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanıb. Səfərdə 1:2 hesabı ilə məğlub olan qəsəbə təmsilçisi səfər qolu hesabına finala yüksəlib. "Qəbələ" son illər bütün finallarda iştirak etsə də, bu dəfə "Binə" səddini aşa bilməyib.

"Binə" klubu yalnız U-14 liqasında təmsil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right