Quluzadənin komandası 4 qola üzüldü

Futbol üzrə Bosniya və Herseqovina Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin yeni komandası “Çelik” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Zviyezda” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb - 0:4. Amit bu görüşün iştirakçısı olmayıb. 

“Çelik” hazırda 36 xalla 12 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right