"Ümid edirəm mərhələni keçəcəyik" - Samir Abasov

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Sumqayıt" - "Zirə" matçından (0:0) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, gənc mütəxəssis görüşü belə şərh edib:

“İlk oyundan sonra fikir bildirmək çətindi. Oyun istənilən nəticəylə bitsə də, cavab qarşılaşması qalır. Əsas odur uduzmadıq, əsas odur qol buraxmadıq. Ümid edirəm mərhələni keçəcəyik. Komandam bu gün səbrli futbol sərgilədi. Təəssüf ki, yaxşı oyunlarımızı yalnız qışdan sonra görürük. Uşaqlara təşəkkürümü bildirirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right