“Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

“Şahdağ Qusar”ın baş məşqçisi Kamran Əlibabayev Region Liqasında çempion olmaq istəklərindən danışıb.

Newsport.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Gərgin və maraqlı keçən mövsümün finiş xəttinə çatırıq artıq. Qarşıda cəmi iki oyun qalıb - yarımfinal və final oyunu. Komandamızın çempion olacağına inanıram. Yarımfinal oyununun hazırlıqlarına keçən həftədən etibarən start vermişdik. Oyunun məlum səbəblərdən bəlli olmayan tarixə təxirə salınması hazırlıq planımızı pozdu. Sabahdan etibarən məşqləri bərpa edəcəyik. Bizi çempionluqdan cəmi 2 oyun ayırır. Kuboku Qusara gətirəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right