"Keşlə"yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə çempionatlarla bağlı qərarlar verilib. Newsport.az saytının məlumatına görə, qurum bu dəfə də texniki məğlubiyyət cəzası kəsib.

U-16 qızlar Liqasının UGİM (Xaçmaz) – “Keşlə” FK (Bakı) oyununda iştirak etməyən ikincilərə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Birinci Liqanın “Baku Fire” – “Abşeron” matçında “Abşeron”, İkinci Liqanın “Gənclik” İK – “Xəzər Astara” görüşündə isə “Xəzər Astara” meydana çıxmayıb. Bu səbəbdən hər iki komanda 0:5 hesablı texniki məğlubiyyətlə üzləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right