Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.
Newsport.az-ın məlumatına görə, mərhələnin ilk oyunu Qəbələdə baş tutub. Burada şəhərin eyniadlı komandası ilə “Qarabağ” üz-üzə gəlib. "Qəbələ" qonaqlara 1:0 hesabı ilə qalib.
Digər cütlükdə "Sumqayıt" "Zirə"ni qəbul edib. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar
23 aprel (çərşənbə axşamı)
18:30.“Sumqayıt” – “Zirə” - 0:0
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”
16:00.“Qəbələ” – “Qarabağ” - 1:0
Qol: C. Adeniyi, 72
Hakimlər:Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
Qəbələ şəhər stadionu