Hazırda liqalarda ən çox müzakirə olunan mövzulardan biri isə hakimlikdir. Çox sayda hakimin kəsilməsi, belə olan halda, bəzi gənc hakimin üzə çıxması, həm də səhvlərin meydana gəlməsinə səbəb olub.
Bizdə olan məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədov vəziyyəti nəzarətə götürüb. Hakimlərlə görüşən baş katib mövcud vəziyyəti müzakirə edib.