"Keşlə"nin qapıçısı evə buraxıldı

Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ"la səfər görüşündə ciddi xəsarət alan "Keşlə"nin qapıçısı Şahin Zəkiyev bu gün xəstəxanadan evə buraxılıb.

 

Newsport.az xəbər verir ki, 5 gün müalicə alan 19 yaşlı əlcək sahibi bu gün komandanın həkimləriylə görüşəcək. Həkimlər Şahinin məşqlərə nə vaxtdan başlayacağı ilə bağlı qərar verəcək.

 

Zəkiyev sözügedən oyunun 18-ci dəqiqəsində "Qarabağ"ın hücumçusu Mahir Mədətovla toqquşma zamanı ciddi zədələnmişdi. Dərhal xəstəxanaya çatdırılan Şahinin burnunda və almacıq sümüyündə sınıq aşkar edilmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right