Eratın komandasından daha bir qələbə

Futbol üzrə Türkiyə 2-ci liqasında 32-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” klubu da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Tarsus İdman Yurdu” ilə üz-üzə gəlib. Eratın komandası bu görüşdən qəbəbə ilə ayrılıb – 2:1.

Toğrul bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Fatih Karagümrük” 32 turdan sonra 62 xalla 18 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right