Newsport.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi klubla gələn mövsümün sonuna qədər mövcud olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. O, artıq yaşadığı Rusiyaya qayıdıb.
Nizami ötən ay müqavilə imzaladığı “Çərkəzköy 1911” klubunun heyətində cəmi 3 oyunda meydana çıxıb və 39 dəqiqə oynayıb.
Qeyd edək ki, Nizami Hacıyevin “Keşlə” klubundakı komanda yoldaşı Sinan Akkoyun hazrıda “Çərkəzköy 1911”in uğurları üçün çalışır.