Dani Kintana ən yaxşılar arasında

Polşanın "Yaqelloniya" klubunun 21-ci əsrdə heyətinə qatdığı ən yaxşı 5 legionerin adı açıqlanıb.

Newsport.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, "Top-5"də hazırda "Qarabağ"ın formasını geyinən Dani Kintananın da adı var. 2013-2015-ci illərdə Belostok təmsilçisində çıxış edən ispan yarımmüdafiəçi ən yaxşı 5 transferdən biri hesab olunur.

"Beşlik"də Kintana ilə yanaşı, slovakiyalı Marian Kelemen, litvalı Fyodor Çernıx və Arvidas Novikovas, estoniyalı Konstantin Vasilyevin də adları var.

Qeyd edək ki, Dani 2015-ci ildən "Qarabağ"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right