33-cü "siftə"

“Zirə”nin futbolçusu İlkin Qırtımov komandanın heyətində ilk qolunu vurub. Newsport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, müdafiəçi Azərbaycan Premyer Liqasının XXIV turunun “Sumqayıt”la ev oyununda (2:0) rəqib qapısına yol tapıb.

İlkin bakılıların tarixinə Premyer Liqada qol sevinci yaşayan 33-cü futbolçu kimi düşüb. Ona qədər 32 oyunçu bunu bacarmışdı. Bu siyahıda ilk üç yerdə Nelson Bonilya (14), Riçard Qadze (10) və Milan Duriç (8) qərarlaşıb.

Qeyd edək ki, “Zirə”də cari mövsümdə debüt edən İlkin Qırtımov qol hesabını Premyer Liqadakı 20-ci oyununda açıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right