Mirabdulla Abbasov: “Sonda azarkeşlərimizi sevindirəcəyimizə inanıram”

"Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Premyer Liqanın 24-cü turu çərçivəsində qarşılaşdıqları “Səbail”lə oyundan sonra klubun rəsmi saytına açıqlama verib. 

Newsport.az xəbər verir ki, 2:2 hesabıyla başa çatan oyunda ilk qolun müəllifi olan futbolçu komandasının çempionluq uğrunda mübarizədə azarkeşləri sevindirəcəyinə inandığını deyib:

“Əfsuslar olsun ki, qalib gələ bilmədik. Qələbə qazanmaq üçün çox çalışdıq, amma təəssüf ki, alınmadı. Artıq növbəti matça köklənməliyik, qarşıdakı oyunları düşünməliyik. Çempionluq uğrunda mübarizədə azarkeşlərimizi sevindirəcəyimizə inanıram”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right