Bu gün Azərbaycan Premyer Liqasinda 24-cü tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, son oyun günündə iki matç keçirilib.
"Keşlə" evdə "Qəbələ"ni qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun son oyununda isə "Neftçi" səfərdə "Səbail"i sınağa çəkib. Oyun 2:2 hesablı bərabərliklə bitib. "Neftçi"nin bu xal itkisi "Qarabağ"ı turnir cədvəlinin vahid lideri edib. Ağdam klubu 54 xalla 1-ci, "ağ-qaralar" isə 52 xalla 2-cidir.
24-cü tur
14 aprel (bazar)
18:00. “Səbail” – “Neftçi” - 2:2
Qol: Mirabdulla Abbasov, 50, (0:1), Ədilxan Qarəhmədov, 80 (1:1), Ağabala Ramazanov, 85 (2:1), M.Mbodj, 90+6 (2:2)
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Kamal Umudlu
“Bayıl Arena”
15:00. “Keşlə” – “Qəbələ” - 1:2
Qollar: C. Adeniyi, 46 (0:1), D. Volkov, 64 (0:2), C. Kamara, 76 (1:2)
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov
“ASK Arena”