Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.
Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssisin 47 yaşı tamam olur.
Futbolçu kimi, məşqçi karyerası da uğurlu alınan Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”ın sükanı arxasındadır. 11 ildə Ağdam klubuna ardıcıl 5 çempionluq qazandıran məşqçi komandanı 4 dəfə Avroliqanın, futbol tariximizdə ilk dəfə olaraq isə Çempionlar Liqasının qrup mərhələsinə çıxarmaqla adını Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazdırıb.
Təbrik edirik!