Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış oyununda “Zirə” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
"Qarabağ" evdə debütant "Sabah" üzərində 3:0 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
24-cü tur
13 aprel (şənbə)
18:30. “Qarabağ” – “Sabah” - 3:0
Qollar: Almeyda, 10, Ozobiç, 60, Mahir Mədətov 77
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
16:00. “Zirə” – “Sumqayıt” - 2:0
Qollar: Sezar Rodrigez 33, İlkin Qırtımov, 90+1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu