“Zirə” ilə oyundan öncə “Sumqayıt”da şok itki

Azərbaycan Premyer Liqasının 24-cü turunda “Zirə” ilə üz-üzə gələcək “Sumqayıt” klubu ciddi itki ilə üzləşib.

Newsport.az xəbər verir ki, komandanın aparıcı oyunçusu Elvin Məmmədov sıradan çıxıb.  Vitse-kapitan əməkdaşımızla söhbətində bildirib ki, məşqlərin birində ayağından zədə alıb. Onun vaxtilə kapitanı olduğu “Zirə” ilə görüşdə meydançaya çıxmayacağı dəqiqdir.

Bundan əlavə, Aleksey İsayev və Əfran İsmayılov fərdi məşqlərlə kifayətlənirlər. 

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" oyunu aprelin 13-ü, saat 16:00-da baş tutacaq. Görüş Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right