Azərbaycanlı futbolçu Moskvada turistin burnunu qırdı

Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev qalmaqalla gündəmə gəlib. Newsport.az xəbər verir ki, yarımmüdafiəçi bir ABŞ-lı turisti döyüb.

Quliyev öz avtomobili ilə Moskva küçələrinin birində işıqforun qırmızı işığına məhəl qoymayaraq sürətlə yolu keçib. O, piyada zolağında hərəkət edən Maykl Couns Eli adlı amerikalı turisti avtomobillə vurmaqdan son anda xilas olub.

Ayaz avtomobildən enib və piyadaya irad bildirb. Turist ona cavab qaytardıqda isə futbolçu yumruqla vuraraq onun burnunu qırıb.

Hadisə yerinə polis və təcili tibbi yardım gəlib. Quliyev isə sonradan turistdən üzr istəyərən onun müalicə xərclərini qarşılayıb. O, Couns Elidən polisə şikayətçi olmamasını istəyib.

Rusiya mətbuatının yazdığına görə, Ayaz aldığı yeni avtomobillə 200-ə yaxın qayda pozuntusuna yol verib. Onun ödəmədiyi cərimələri də çoxdur.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right