Essyen "Səbail"i seçməyinin səbəbini açıqladı

"Səbail"in yeni transferi - ulduz futbolçu Maykl Essyen "goal.com"a açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi Azərbaycan klubunu seçməyinin səbəbini açıqlayıb: "UEFA-nın Bakıdakı tədbirində iştirak edən zaman bu klubun prezidenti ilə tanış oldum. Mənə gələcək planlardan bəhs edildi. Oynamaqla yanaşı, mənə məşqçilik də təklif edildi. Bundan təsirləndim. Bu təklifdə məni ən çox cəlb edən məşqçi kimi çalışmaq fürsəti idi".

Qeyd edək ki, Qana millisinin sabiq üzvü "Səbail"lə 1,5 illik müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right