"Qəbələ" yeni uğurlara köklənib" - Fariz Nəcəfov

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Tale Heydərovun klubun prezidenti vəzifəsindən istefa verməyinə münasibət bildirib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, T.Heydərovun "Qəbələ"də böyük işlər gördüyünü vurğulayıb:

"Biz Tale Heydərova kluba göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi altında qazanılan uğurlar "Qəbələ"nin ölkənin öndə gələn idman institutu kimi formalaşmasını təmin edib. Tale Heydərovun infrastukturun yaradılmasına verdiyi önəm Qəbələni ölkənin əsas futbol mərkəzlərindən birinə çevrilib. Heydərovun başçılığı altında klubumuz təkcə futbolda deyil, digər idman növlərində də ciddi uğurlar qazanıb. Artıq "Qəbələ" üçün yeni səhifə açılır və biz yeni uğurlara köklənmişik. Tale Heydərova gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right