"Qarabağ"ın rəsmi "Feysbuk" səhifəsi Çempionlar Liqasının 1/4 finalında keçirilən "Tottenhem" - "Mançester Siti" oyunundan (1:0) sonra etdiyi paylaşımla diqqət çəkib.
Newsport.az-ın məlumatına görə, Ağdam klubu Riçard Almeydanın 2015/2016 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Tottenhem"lə matçda (1:3) penaltidən vurduğu qolun şəklini paylaşaraq "Mançester Siti"yə atmaca atıb.
Mançester təmsilçisinin futbolçusu Serxio Aquero dünən 13-cü dəqiqədə penaltini qaçırıb.