Halldorsson yeni komandası ilə 3 müqavilə bağladı

"Qarabağ"la müqaviləsinə qarşılıqlı razılıqla xitam verən Hannes Halldorssonun yeni klubuna keçidi rəsmiləşib. Newsport.az-ın "Valur"un rəsmi saytına istinadən məlumatına görə, 35 yaşlı qolkiper bu klubla müqavilə bağlayıb.

İslandiya millisinin üzvü yeni komandası ilə 3 illik sözləşməyə qol çəkib. Bu müddət ərzində o, çərçivəni qorumaqla yanaşı, aşağı yaş qrupları üzrə komandalarda qapıçılarla işləyən məşqçi kimi də fəaliyyət göstərəcək.

Qeyd edək ki, Hannes Halldorsson "Qarabağ"a cari mövsümün əvvəlində "Randers"dən keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right