Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" III Bundesliqasının XXXIII turunda Münhenə səfər edəcək. Newsport.az saytının məlumatına görə, Münster təmsilçisi "Münhen 1860"ın qonağı olacaq.
Aprelin 13-də baş tutacaq qarşılaşmanı dəyərləndirən Almaniya KİV-i meydan sahiblərinin işinin çətin olacağını vurğulayıb. Həmkarlarımız, xüsusən də, "Proyssen"in hücum xəttinin olduqca təhlükəli olduğunu yazıb: "Münhen 1860"ın futbolçuları rəqibin heyətində 3 futbolçuya xüsusi diqqət yetirməlidilər. Bunlar Rene Klinqenburq, Martin Kobilyanski və Rüfət Dadaşovdu. Məhsuldar futbolçu olan Klinqenburq orta sahədə həm qol vurur, həm də hücumçulara kömək edir. Kobilyanski (8 qol, 4 assist) və Dadaşovu (7 qol, 2 assist) isə zərərsizləşdirməyin yollarını tapmaq lazımdı. Çünki hər iki hücumçu yüksək qol duyumuna malikdi".
Qed edək ki, "Proyssen" hazırda 42 xalla 11-ci pillədə qərarlaşıb. "Münhen 1860" isə rəqibindən cəmi 2 xal öndədi.