"Barselona" "Mançester Yunayted"ə, "Yuventus" "Ayaks"a qarşı

Bu gün Çempionlar Liqasında 1/4 finalın daha 2 oyunu keçiriləcək.

Newsport.az-ın məlumatına görə, bununla da bu mərhələdə ilk matçlara yekun vurulacaq.

Gecənin oyunlarından biri Amsterdamda olacaq. "Ayaks" doğma azarkeşləri önündə "Yuventus"u sınağa çəkəcək. Bundan əvvəlki mərhələdə turnirin son qalibi "Real"ı mübarizədən kənarlaşdıraraq, sensasiyaya imza atan Hollandiya klubu İtaliya nəhənginə də eyni aqibəti yaşatmaq istəyir. "Yuventus" isə cütün taleyini elə səfərdəcə həll edib, cavab matçına rahat çıxmaq haqda düşünür. 

Gecənin ən maraqlı qarşılaşması isə İngiltərədə keçiriləcək. 1/8 finalda PSJ-ni ÇL-dən uzaqlaşdıran "Mançester Yunayted" "Barselona"nı qonaq edəcək. "Qırmızı şeytanlar" doğma meydan amilindən maksimum yararlanıb qələbə qazanmaq, kataloniyalılar isə Mançester səfərindən sərfəli nəticə ilə qayıtmaq arzusundadırlar.

Komandalar arasında cavab qarşılaşmaları isə aprelin 16-da olacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk iki oyunu dünən keçirilib.

Çempionlar Liqası, 1/4 final mərhələsinin ilk oyunları

10 aprel

23:00.”Ayaks” (Hollandiya) – “Yuventus” (İtaliya)

23:00.”Mançester Yunayted” (İngiltərə) – “Barselona” (İspaniya)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right