Sərbəst güləşçimiz Cəbrayıl Həsənov Buxarestdə keçirilən Avropa çempionatının qalibi olub.
Newsport.az-ın xəbərinə görə, o, vaxtından əvvəl – final matçına çıxmadan bu ada sahib olub. Məsələ burasındadır ki, 79 kq. çəkidə yarışan güləşçimiz finalda Əhməd Qazıməhəmmədovla (Rusiya) qarşılaşmalı idi.
Rusiyanın RİA Novosti agentliyinin yaydığı xəbərə görə, həkimlərin qərarına əsasən, Qazıməhəmmədov həlledici görüşə çıxmayacaq. Buna onun yarımfinalda zədələnməsi səbəb olub. Rusiya millisinin baş məşqçisi Dzambolat Tedeyev Rusiya Güləş Federasiyasının saytına açıqlamasında məlumatı təsdiqləyib.
Beləliklə, Əhməd Qazıməhəmmədov finalda iştirak etmədiyi üçün yarışın gümüş, Cəbrayıl Həsənov isə qızıl medalına layiq görüləcək.