Uşaq komandalarında biabırçılıq: məşqçi və həkim söyüş söyürsə...

Bu gün baş tutan AFFA İntizam Komitəsinin iclasında aşağı yaş qrupu üzrə çempionatlarla bağlı müxtəlif qərarlar qəbul edilib. Newsport.az saytının məlumatına görə, qurum diskvalifikasiyalarla yanaşı, texniki məğlubiyyət cəzası da verib.

U-16 Liqasının “Qarabağ” – “Səbail” görüşündə hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılan qonaqların həkimi Əhməd Əhmədov 5 oyun cəzaya məruz qalıb.

U-10 Liqasının “Səbail” – “Gəncə” TİM görüşündə də ikincilərin məşqçisi İntiqam Səmədov eyni addıma əl atıb və eyni formada cəzalandırılıb. Ondan geri qalmayan komandanın məşqçisi İlkin Verdiyev də referiləri söydüyü üçün 5 oyun texniki zonadakı yerini ala bilməyəcək.

Yüksək Qızlar Liqasının İOEUGİM (Bakı) – “Fidan” (Bakı) matçında isə heyətində yetərsay olmayan “Fidan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right