Jarjue bağışlandı

"Səbail" Maudo Jarjueni bağışlayıb. Məşqdə intizam qaydalarını pozduğuna görə əvəzedici komandaya göndərilən 21 yaşlı futbolçu əsas komandaya qaytarılıb.
 
Newsport.az xəbər verir ki,  "Sabah"la oyundan öncə və matçın ertəsi Aftandil Hacıyevə yaxınlaşan Jarjue əməlinə görə peşman olduğunu bildirib, yenidən əsas komandaya qayıtmaq istəyində olduğunu deyib. Baş məşqçi afrikalı futbolçunun yaşını və üzrxahlığını nəzərə alaraq, onu bağışlayıb. Belədə müdafiəçi dünən səhərki məşqdə komanda ilə birgə çalışıb.
 
Qeyd edək ki, Jarjue əvəzedici komandanın heyətində səfərdə "Zaqatala" ilə oyunda meydanda olub və orada da ilk yarıda qırmızı vərəqə alıb. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right