Çexiya Gənclər Liqasında pley-off mərhələsində ikinci turunun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, həmyerlimiz Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” komandası doğma meydandanın “Fastav Zlin”i qəbul edib.
Qarşılaşma bərabərliklə başa çatıb. Hər iki komandanın səylərinə baxmayaraq, görüşdə hesab açılmayıb. Ötən tur “Teplitse” ilə qarşılaşmada 3 qol vuran milli komandamızın üzvü bu görüşdə 90 dəqiqə mübarizə aparıb. Gənc futbolçu komandasının ən yaxşılarından olub.
Qeyd edək ki, Fərid Nəbiyev bu mövsüm “Slaviya”nın heyətində 15 qol vurub. O, Çexiya Gənclər Liqasının bombardiridir.