126 gün gözlənilən qələbə Premyer Liqamızda

“Sumqayıt” 2019-cu ildə ilk qələbəsini qazanıb. 

Newsport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının 23-cü turunda “Keşlə”ni qəbul edən Ayxan Abbasovun komandası qələbəsizlik seriyasına son qoyub. 

2:1 hesabı ilə qalib gələn meydan sahibləri 9 uğursuz matçdan sonra üç xala seviniblər. Sumqayıtlılar sonuncu dəfə ötən il dekabrın 1-də qalib gəlmişdi. 13-cü turun “Səbail”lə ev görüşündə 1:0 hesablı qələbəyə sevinən komanda növbəti qalibiyyəti 126 gün gözləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right