Azarkeşlərdən Balayevə inanılmaz dəstək: “Sən maşınsan”

Millimizin qapıçısı Emil Balayevin şərəfini qoruduğu “Tobol”un Qazaxıstan çempionatının 4-cü turunda “Aktobe”dən kuryoz formada qol buraxması azərbaycansayağı qarşılanmayıb. Newsport.az xəbər verir ki, “Tobol”un 2:1 hesablı qələbəsi ilə nəticələnən görüşdən sonra həmyerlimizin komanda yoldaşları ona dəstək olublar.

Ancaq ən xoş sözlər Kostanay təmsilçisinin azarkeşlərindən gəlib. Onlardan bir neçəsini diqqətinizə çatdırırıq:

“Emil, qapımıza qol gətirməyinizdə qorxulu bir şey yoxdu. Olan şeydi. Siz çox yaxşı qapıçısınız. Gələcək oyunlarda sizə uğur diləyirəm”.

“Emil, xoşagəlməz hadisəyə görə ruhdan düşməyin. Hər şey olur. Əsas odur ki, təkrarlanmasın. Gör, komandamızı nə qədər xilas etmisiniz!? Çox yaxşısınız”.

“Salam. Qapıda heyrətamiz dayanırsan. Bugünkü səhvi ürəyinə salma. Hamı səhv edə-edə öyrənir. Ugurlar. “Tobol”, irəli”.

“Bu gün heç də pis dayanmadın, təbrik edirəm! Belə qol buraxdığına görə ruhdan düşmə. Sən maşınsan”.

“Bircə, buraxdığın qola görə kefini pozma. Hər şey normaldı”.

“Sizi qələbə münasibəti ilə təbrik edirəm! Oyun yaxşı alındı, sizə də əhsən! Dəfələrlə komandamızı xilas etmisiniz. Bu, futboldu, hər şey olur. Növbəti oyunlarda uğurlar. “Tobol” çempion”.

Gözəl nümunədi. Tək azarkeşlər üçün yox, ümumiyyətlə futbol ictimaiyyətimiz üçün. Elə balta götürüb, dogramağa nə var ki?! İgidlik, yıxılana əl uzadıb, ayağa qaldırmaqdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right