Növbəti tur üçün 7 cəzalı

Premyer Liqanın XXIII turu bir neçə futbolçunun cəzalı duruma düşməsi ilə yadda qalıb. Newsport.az xəbər verir ki, konkret olaraq 7 oyunçu növbəti turu buraxmalı olacaq.
 
Bu baxımdan "Neftçi" - "Zirə" (4:2) qarşılaşmasını xüsusi fərqləndirmək olar. Görüşün son dəqiqəsində meydandan qovulan İlkin Muradov və oyundan sonra qırmızı vərəqə alan Orxan Sadıqlı "Sumqayıt"la oyunda "Zirə"dən ayrı düşəcək. Həmin matçın son dəqiqələrində sarı vərəqə alan "Neftçi"nin vitse-kapitanı Emin Mahmudov da cəzalı duruma düşüb. Cari mövsüm 4-cü sarı vərəqəsini alan yarımmüdafiəçi "Səbail"lə görüşdə məşqçilər korpusunun ixtiyarında olmayacaq.
 
"Qəbələ" - "Qarabağ" (1:2) qarşılaşması hər iki komandanın bir müdafiəçisini itirməsi ilə nəticələnib. Müvafiq olaraq, Vojislav Stankoviç və Bədavi Hüseynov 4 sarı vərəqə limitini doldurub. "Səbail" üzərində qələbə qazanan "Sabah" (3:1) isə əvəzində iki aparıcı oyunçusunun xidmətindən məhrum qalıb. Matçda sarı vərəqə alan müdafiəçi Təmkin Xəlilzadə və yarımmüdafiəçi Erik Ramos cəzalı duruma düşüb. Cari mövsümdə 8-ci dəfə "sarı"ya "qonaq olan" futbolçular "Qarabağ"la görüşü tribunadan izləməli olacaqlar.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right