Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, turun mərkəzi görüşündə "Qəbələ" "Qarabağ"ı qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.
Günün digər oyununda isə "Səbail" "Sabah"ın qonağı olub və 1:3 hesabı ilə uduzub.
7 aprel (bazar)
Azərbaycan Premyer Liqası, 23-cü tur
16:30. “Sabah” – “Səbail” - 3:1
Qol: E. Perilyo, 2, Filip İvanoviç, 32 (1:1), Cavid İmamveridyev, 66 (2:1), Vanderson Silva, 69 (3:1)
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
“Əlincə Arena”
14:00. “Qəbələ” – “Qarabağ” - 1:2
Qollar: D. Gerye, 3 (0:1), R. Əliyev, 23 (1:1), A. Abdullayev, 82 (1:2)
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu
Qəbələ şəhər stadionu