"Neftçi" "Zirə"ni, "Sumqayıt" "Keşlə"ni məğlub etdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

Newsport.az saytı xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. "Sumqayıt" evdə "Keşlə" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Günün digər görüşündə lider "Neftçi" "Zirə"ni qəbul edib. Oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Qarabağ" və "Sabah" - "Səbail" oyunları ilə yekun vurulacaq.

6 aprel (şənbə)

Azərbaycan Premyer Liqası, 23-cü tur

18:00. “Neftçi” – “Zirə” - 4:2
Qollar: 
Dabo,40 (1:0), Krivotsyuk, 44 (2:0), Kqasvane, 59 (2:1), Namiq Ələsgərov, 61 (3:1), Kqasvane, 80 (3:2), Dabo, 88 (4:2)
Qırmızı vərəqə: İlkin Muradov, 90+1 ("Zirə", iki sarı vərəqə)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
“Bakcell Arena”

16:00 . “Sumqayıt” – “Keşlə” - 2:1 
Qollar:
 P. Babayi, 4 (1:0), Samir Məsimov, 40 (1:1), Cavid Tağıyev, 85 (2:1)
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rauf Cabarov
“Kapital Bank Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right