“Sabah” “Dostluq üçün futbol” layihəsində

“Sabah” Futbol Klubu bu il 7-ci dəfə təşkil olunacaq “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin iştirakçısı olacaq.

Newsport.az saytının məlumatına görə, Mayın 28-dən iyunun 2-dək, İspaniyanın paytaxtı Madriddə baş tutacaq idman turnirində bu klubun üzvləri də iştirak edəcək.

Turnir 2013-cü ildən təşkil edilir. Yarışda bir çox ölkədən gəlmiş 12 yaşadək uşaqlar müxtəlif komandalara bölünürlər. Komandalar qrup və pley-off oyunlarından sonra qalibi müəyyənləşdirirlər.

Yarışın builki iştirakçıları Çempionlar Liqasının 2018/19 mövsümünün “Vanda Metropolitano” stadionunda baş tutacaq final görüşünə canlı baxmaq imkanı qazanacaqlar.

“Sabah”ın “Dostluq üçün futbol” sosial layihəsində kimlərlə təmsil olunacağı barədə qarşıdakı günlərdə məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right