Azərbaycan 1-ci divizionda 21-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, bu gün 3 matç keçirilib. Lider MOİK "Qarabağ-2"ni qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. "Neftçi-2" isə "Ağsu"nu məğlub edib - 4:1. "Kəpəz" - "Zirə-2" görüşündə qolsuz bərabərlik qeydə alınıb.
4 aprel (cümə axşamı)
15:00. “Kəpəz” – “Zirə-2” - 0:0
Gəncə şəhər stadionu
15:00. “Neftçi-2” – “Ağsu” - 4:1
Qollar: Əlibəy Məmmədli, 12 (1:0), Ruslan Mirzəliyev, 54 (1:1), Elnur Süleymanov, 60 (2:1), Əlibəy Məmmədli, 72 (3:1), İsmayıl Zülfüqarlı, 79 (4:1)
“ASK Arena”
15:00. MOİK - “Qarabağ-2” - 2:1
Qollar: Cavid Bayramov, 24 (0:1), Raul Yaqubzadə, 61 (1:1), Bahadur Həziyev, 81 (2:1)
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
Qeyd edək ki, turnir cədvəlinə 53 xalla MOİK başçılıq edir. "Sumqayıt-2" 46 xalla 2-ci, "Neftçi-2" 42 xalla 3-cüdür.