Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb.
Newsport.az xəbər verir ki, 2019-cu ilin ikinci siyahısında dəyişikliklər qeydə alınıb.
Buna baş tutan rəsmi və yoldaşlıq görüşləri səbəb olub. Hesabat dövründə AVRO-2020-nin seçmə oyununda Xorvatiyaya 1:2 hesabı ilə uduzan, Litva ilə yoxlama görüşündə bərabərə qalan (0:0) Azərbaycan millisi 4 xal itirib.
Xal hesabı 1202-yə düşən Nikola Yurçeviçin kollektivi 108-ci pillədəki mövqeyini qoruyub. Komandamız Keniya ilə bu pilləni bölüşür.
Millimiz və “qonşuları”
104 (109). Niger – 1209
105 (105). Liviya - 1207
106 (101). Ermənistan – 1206
107 (107). Madaqaskar – 1203
108 (106). Keniya – 1202
108 (108). Azərbaycan – 1202
110 (113). Zimbabve – 1190
111 (111). Bəhreyn – 1188
112 (112). MAR – 1184
113 (110). Namibiya - 1181
Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqibləri yerlərini dəyişib. Yalnız Uels mövqeyini qoruyub. Xorvatiya 1, Slovakiya 3 addım geriləyibsə, Macarıstan 1 pillə irəli çıxıb.
Millimizin rəqibləri
5 (4). Xorvatiya – 1621
19 (19). Uels - 1539
32 (29). Slovakiya - 1482
51 (52). Macarıstan - 1419
Dünyanın ən güclü 10 komandasının siyahısında da cüzi yerdəyişmə olub. Belə ki, yalnız Xorvatiya ilə İngiltərə, Uruqvayla da Portuqaliya yerlərini dəyişib. İlk "üçlük"dəki komandalar isə mövqelərini qoruyublar.
İlk “onluq”
1 (1). Belçika – 1737
2 (2). Fransa – 1734
3 (3). Braziliya – 1676
4 (5). İngiltərə - 1647
5 (4). Xorvatiya – 1621
6 (7). Uruqvay – 1613
7 (6). Portuqaliya – 1607
8 (8). İsveçrə - 1604
9 (9). İspaniya – 1601
10 (10). Danimarka – 1586
Qeyd edək ki, qonşu Türkiyə millisi 1457 xalla siyahıda 39-ci yerə yüksəlib. “Ay-ulduzlular” 2 addım irəliləyib.