Bu gün Şəmkirdə “Shamkir Chess” şahmat üzrə 6-cı beynəlxalq turnirdə V tur start götürür. Newsport.az xəbər verir ki, 10 dərin zəka sahibinin dairəvi sistem üzrə keçirilən mübarizəsində 5-ci gündə təmsilçilərimizdən Şəhriyar Məmmədyarov Maqnus Karlssen, Teymur Rəcəbov Sergey Karyakinlə qarşılaşacaq.
Aleksandr Qrişşuk (Rusiya) - Veselin Topalov (Bolqarıstan)
Teymur Rəcəbov (Azərbaycan) - Sergey Karyakin (Rusiya)
Vişvanatan Anand (Hindistan) - Aniş Giri (Hollandiya)
David Navara (Çexiya) - Dinq Lijen (Çin)
Maqnus Karlssen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Maqnus Karlssen - 3, Dinq Lijen, Sergey Karyakin - 2,5, Vişvanatan Anand, Teymur Rəcəbov, Veselin Topalov - 2, Aniş Qiri, Şəhriyar Məmmədyarov, David Navara, Aleksandr Qrişuk - 1,5