Premyer Liqanın 23-cü turunda “Keşlə”ni qəbul edəcək “Sumqayıt” bu oyuna hazırlığı davam etdirir.
Newsport.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında növbəti məşqini keçirib. Zədəli olan Əfran İsmayılov hazırlıq prosesində iştirak etməyib.
1.5 saat davam edən məşqdə topla müxtəlif hərəkətlər və bir sıra taktiki gedişlər üzərində çalışılıb. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, aprelin 6-da “Sumqayıt Arena”da keçiriləcək “Sumqayıt” – “Keşlə” qarşılaşmasına saat 16:00-da start veriləcək.