Qadınlardan ibarət Azərbaycan millisi yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Newsport.az saytının məlumatına görə, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Estoniya ilə üz-üzə gəlib.
"Dalğa Arena"da təşkil olunan qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə yekunlaşıb - 0:1. Görüşdə yeganə qolu Lisa Merisalu vurub.
Komandalar aprelin 6-da yenidən qarşılaşacaqlar. Görüş saat 12:00-da başlayacaq.