Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Zirə-2” – “Sabah-2” matçının 37-ci dəqiqəsində “Zirə-2”-nin futbolçusu Pərdis Fərcad Azad ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Səbail-2” – “Neftçi-2” matçında “Neftçi-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Sumqayıt-2” – “Zaqatala” matçında “Sumqayıt-2”-nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 39-cu dəqiqəsində “Sumqayıt-2”-nin futbolçusu Baxşəli Baxşəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şüvəlan” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.