113 günə iki 0:6-ya üzülən tək futbolçu

Premyer Liqada bu mövsüm 2 dəfə 6:0 hesabı qeydə alınıb. Hər iki halda qazanan “Qarabağ”, məyus olan isə o olub.
 
Newsport.az xəbər verir ki, bu darmadağınların hər ikisindən nəsibini alan bir futbolçu var. Mövsümün ilk yarısında “Zirə”nin, indi isə “Sumqayıt”ın formasını geyən Adil Nağıyev hər iki faciəvi nəticəni meydanda yaşayanlardandı.
 
2018-ci il dekabrın 9-da, 14-cü turda “Zirə” öz meydanınd darmadağın olanda Adil start heyətdə idi. O, fasilədə, hesab 0:3 olarkən baş məşqçi Samir Abasov tərəfindən əvəzlənmiş, daha sonra komanda ilə vidalaşmışdı.
 
22-ci turun aprelin 1-ə təsadüf edən matçında da Nağıyev start heyətində idi. “Sumqayıt” da öz meydanında “Qarabağ”dan 6 cavabsız top buraxdı. Adil isə bu dəfə 90 dəqiqə meydanda oldu. Maraqlıdı ki, ağdamlılar bu dəfə də qolları hissələr üzrə bərabər böldü.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right