Hakim və hakim-inspektorlar üzrə komitənin Peşəkar Futbol Liqasına təqdimatına əsasən futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turunun “Sumqayıt” - “Keşlə”, həmçinin 1-ci divizionun 21-ci turunun “Keşlə-2” - “Turan Tovuz” oyunlarının hakim təyinatlarında dəyişiklik edilib.
Newsport.az PFL-ə istinadən xəbər verir ki, “Sumqayıt” - “Keşlə” qarşılaşmasında Namiq Hüseynovu Vüqar Bayramov, “Keşlə-2” - “Turan Tovuz” görüşündə isə Vüqar Bayramovu Teymur Teymurov əvəz edib.