Ağabala Ramazanov: "Bu cür qələbələr komandaya əlavə inam hissi verir"

"Əlbəttə, qol vurmaq həmişə futboçuya zövq verir. Lakin qalib gələ bilməyimiz daha vacibdi". Newsport.az xəbər verir ki, bu sözləri "Səbail"in futbolçusu Ağabala Ramazanov klubunun rəsmi saytına açıqlamasında bildirib.

 

Premyer Liqanın son turunda "Zirə"ylə səfər matçında hesabı açmaqla qələbənin (2:1) təməlini qoyan hücumçu bu cür qələbələr komandaya əlavə inam hissi verdiyini söyləyib: "Turnirin yekun hissəsi yaxınlaşır və bu, 4-cü dövrəyə uğurlu başlamaq üçün yaxşı bir fürsət oldu!”.
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right