Kökcü yenə millimizi seçmə səbəbindən danışdı

"İki ildir Türkiyədəyəm. Mən və qardaşım türkcə yaxşı danışırıq. Çünki evimizdə bu dildə danışırıq. Azərbaycan millisində işlər yaxşı gedir. O vaxt Türkiyə Futbol Federasiyası ilə problemlərimiz olmuşdu. Həmin dönəm Azərbaycandan mənə təklif gəldi. Mən də təklifə müsbət cavab verdim.Onsuz da Azərbaycanla Türkiyə qardaşdır. Mənim üçün yaxşı oldu" - bu sözləri U-21 millimizin üzvü Ozan Can Kökcü "Radyospor"a açıqlamasında deyib.
 
O, "Beşiktaş"la razılığa gəldiyi barədə yayılan iddialara da münasibət bildirib: "Hazırda "Giresunspor"un oyunçusuyam və bura köklənmişəm. Türkiyədən bəzi klublardan təklif almışam. Amma hazırda klubumun uğurları üçün çalışıram".
 
Kökcü "Bursaspor"la müqavilə imzalamazdan əvvəl "Beşiktaş" və "Fənərbaxça"dan təklif aldığını da söyləyib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right