Rizvanov Çexiya klubunda qol hesabını açdı

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin ilk turunun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Arziman Rizvanovun formasını geyindiyi “Bohemians” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Mlada Boleslav” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Rizvanov da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

Komandasının sonuncu qolunu da millimizin futbolçusu vurub. O, 56-cı dəqiqədə rəqib qapısına yol tapmaqla həm də bu ilin yanvar ayında transfer olunduğu “Bohemians”da qol hesabını açıb.

“Bohemians”ın U-21 komandası hazırda 3 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right