“Vurduğum qolu yerli azarkeşlərin alqışlaması sürpriz oldu

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Premyer Liqanın 22-ci turunda "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az xəbər verir ki, matçda dubl edən fransalı yarımmüdafiəçi əvvəlcə qələbəni şərh edib:

- Böyük hesabla qalib gəlsək də, asan olmadı. Xüsusilə ilk yarıda komanda yaxşı mübarizə apardı, yaxşı müdafiə olundu. Hətta ikinci hissədə də belə oldu.  Milli komnadaların oyunlarına görə yaranan fasilədən sonra toparlanmaq, qələbə qazanmaq asan olmur. Buna görə də qələbə qazanmağı çox istəyirdik. Ona görə çox sevincliyik.

- 6:0-lıq hesabla yanaşı daha çox vurduğun qol diqqəti çəkdi. 
- Bu, instinkt və hislərin sayəsində oldu. Filip Ozobiç mənə yaxşı ötürmə verdi və belə alındı.

- Vurduğun qolu hətta "Sumqayıt" azarkeşləri də alqışladı. Bu sənin üçün sürpriz oldu?
- Təbii ki, gözlənilməz oldu. Onlar qolu mənimlə birlikdə bayram etdilər. Həmin anda sadəcə olaraq ləzzət aldım.

- Hazırda "Neftçi" ilə xallarınız eynidir. "Qarabağ"ın çempionluq şansını necə dəyərləndirirsən?
- Biz diqqət yetmirik ki, çox tur qalıb ya yox. Başqa komandaların oyununa da çox diqqət yetirmirik. Əsasən öz oyunlarımıza köklənmişik. Hesablamaları mövsümün sonunda aparacağıq.

- Növbəti turda "Qəbələ"nin qonağısınız. Rəqibi səfərdə uda biləcəksiniz?
- Bizi çətin oyun gözləyir. "Qəbələ" də yaxşı komandadır. Amma istənilən halda həmin oyuna üç xal üçün çıxacağıq.

- Mövsümün sonu yaxınlaşır. "Qarabağ"da qalacaqsan, yoxsa getməyi düşünürsən?
- Mən hazırda "Qarabağ"ın oyunlarına köklənmişəm. Ancaq oyunlar haqda düşünürəm. Bu haqda indidən heç nə demək olmaz.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right