Sumqayıtda aprel şəhidləri anıldı

Azərbaycan Premyer Liqasının XXII turunun bağlanış matçında “Sumqayıt” “Qarabağ”ı qəbul edir.

Newsport.az-ın məlumatına görə, şəhər stadionunda keçirilən matçdan öncə 2016-cı ilin aprel döyüşlərinin il dönümü ilə əlaqədar şəhidlər anılıb.

Komandalar meydana xüsusi geyimlərdə və şəhid övladları ilə birgə çıxıblar çıxıblar. Görüşdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Azarkeşlər “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndiriblər.

Qarşılaşmanın startından sonra isə stadionda “Aprel şəhidləri”nin adları səsləndirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right