Çexiya Gənclər Liqasında pley-off mərhələsinə start verilib.
Newsport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya" səfərdə "Teplitse" ilə qarşılaşıb və 7 cavabsız qolla qalib gəlib.
90 dəqiqə meydanda olan Nəbiyev het-trik edib. O, 49,78 və 82-ci dəqiqələrdə fərqlənib. Bundan başqa, Fərid daha iki qolun ötürməsini veriib.
Qeyd edək ki, bununla da bu mövsüm vurduğu qolların sayını 15-ə çatdıran Fərid Nəbiyev çempionatın bombardiri olub.