İsrafilov üçün 90 dəqiqə və 1 xal

Futbol üzrə İspaniya Sequndasında 31-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Luqo” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ilə ayrılıb - 0:0.

İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Hazırda 44 xala malik “Alkorkon” 22 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right