SON DƏQİQƏ: Kamran Ağayevin durumuna aydınlıq gəldi

"Keşlə"nin qapıçısı Kamran Ağayevin zədəsi ciddidir. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi" ilə qarşılaşmada zədə alan təcrübəli qolkiper uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Sol qolundan zədə alan qolkiper dərhal MRT müayinəsindən keçib. Həkimlər əlcək sahibinə 4 ay məşq etməməyi tapşırıblar.

Kamran Ağayev sabah əməliyyat olunacaq. 

Qeyd edək ki, 33 yaşlı futbolçu rəqib futbolçu ilə mübarizədə ciddi zədə alıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right